Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransı keçirilir. Lent.az-ın məlumatına görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, məktəb direktorları, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq çıxış edən nazir müavini Ceyhun Bayramov cari ilin hesabat məruzəsini edib. Tədbirdə çıxış edən M. Cabbarov təhsildəki nailiyyətlər və mövcud problemlərin həllindən bəhs edərək “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edib.
Konfransda 23 ümumtəhsil müəssisəsi IX sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nəticə əldə etdiyi, 11 ümumtəhsil müəssisəsi təhsilin keyfiyyətinin artırılması sahəsində tədbirlər gördüyü və 2014-2015-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə görə irəliləyiş əldə etdiyi, 8 ümumtəhsil müəssisəsi isə istedadlı şagirdlərlə işin təşkili ilə bağlı fərqləndiyi üçün Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.