Bakı Kompüter Peşə Liseyi yaradıldı
04 oktyabr 2015 10:12 (UTC +04:00)

Bakı Kompüter Peşə Liseyi yaradıldı

0

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərarla Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.

 

Liseyin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Təhsil Nazirliyinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar