Bakı dəhşətli yanğının qurbanlarını anır
22 may 2015 00:32 (UTC +04:00)

Bakı dəhşətli yanğının qurbanlarını anır

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad etmək üçün  hadisə yerində dinc aksiya - anım mərasimi keçirilib. APA-nın məlumatına görə, aksiyaya çoxlu sayda paytaxt sakini qatılıb. Onlar yanğın baş vermiş binanın  qarşında şam yandırır, gül qoyurlar,  ölənlərin ruhuna dualar oxuyurlar,  öz ehtiramlarını bildirirlər.  

 

Anım mərasiminin səhər saatlarınadək davam edəcəyi gözlənilir.

 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerində olub, yenidən sakinlər ilə görüşdü, problemi olanlara  telefon nömrəsini verərək tez-tez əlaqə saxlayacağını bildirib.

 

Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında zərərçəkmişlərin problemləri ilə gün boyu maraqlandığını bildirib. Onun sözlərinə görə, prezidentin müvafiq tapşırıqlarından sonra köçürülmə işi daha sürətlənib: “Bakı şəhər İH-in də daxil olduğu komissiya işini sürətləndirərək problemi olan bina sakinlərinə əlindən gələn yardımları göstərir,  tez-tez onlarla görüşür”.

 

Dinc yürüş zamanı təhlükəsizliyin təmin olunması üçün BŞBPİ-nin xeyli qüvvəsi cəlb olunub, nəqliyyatın hərəkətinə yol polisi əməkdaşları nəzarət edir.

 

Eyni zamanda poliuretan üzlüklərin sökülməsi davam edən binaların yaxınlığında  FHN-in  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub, hər-hansı bir yanğın ehtimalına görə onlar 24 saat keşik çəkirlər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar