Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüş olub
15 yanvar 2016 14:41 (UTC +04:00)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüş olub

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, sözügedən Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Dədə Qorqud” fondunun prezidenti, “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, rejissor Ziya Şıxlinski və “Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin şef –redaktoru Elvira Xusainovadan ibarət ziyalı heyəti ilə görüşüb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət müşaviri qonaqları salamlayaraq BBMM-də mütəmadi olaraq tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb: “Görüşdə iştirak edən qonaqların Multikulturalizm Mərkəzinin rəhbərliyi ilə birgə fəaliyyət istiqamətinin müəyyənləşməsi baxımından bu görüş çox önəmli və vacibdir. Xüsusilə də 2016-cı ildə. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz 2016-cı ili Azərbaycan üçün “Multikulturalizm ili” elan edib. Bu sərəncamdan irəli gələn məsələləri, qarşımızda duran vəzifələri aydın şəkildə dərk eləyib ziyalılarımızla görüşürük ki, özündə başqasının halına acıma, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul eləmək qabiliyyəti və bacarığını ehtiva eləyən multikulturalizm, tolerantlıq istiqamətində mühüm işlər həyata keçirək və gələcəkdə də birgə şəkildə daha hansı işləri görə biləcəyimizi müzakirə edək. Buradakı qonaqlar hər biri öz sahəsində böyük işlər görür. Mənə elə gəlir ki, biz fəaliyyətimizdə ümumi oxşar cəhətləri tapıb inkişaf elətdirsək və daha aydın, daha konkret perspektivlərə çıxa bilsək, hamımız bundan ancaq mənəvi cəhətdən qazanmış olarıq. Cənab Prezident bizə konkret ideoloji hədəflər göstərir. Bu, Azərbaycanın dünyaya tanıdılmasıdır. Bu gün Azərbaycanın dostları getdikcə artır. Bizim “Azərbaycana marağı Azərbaycana məhəbbətə çevirək!” devizli bir layihəmiz var. Biz bu istiqamətdə bir çox işlər görürük. Ən əsas işlərimizdən biri - ölkə rəhbərinin də təqdir etdiyi layihəmiz-xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisidir. Bu fənn bu gün Portuqaliyada, Almaniyada, İsveçrədə, İtaliyada, Rusiyada, Çexiyada, Gürcüstanda, Litvada, Belarusda, Bolqarıstanda keçilir və bu fənnin tədrisi perspektivdə də bir çox ölkələrdə nəzərdə tutulub. Adıçəkilən ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. Xarici ölkələrdə bu fənnə böyük maraq var. Azərbaycanı dünyada tanıtmaq istiqamətində keçən ilin yayında təşkil edilən və bu ilin 8-15 fevral tarixində növbəti dəfə həyata keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda beynəlxalq qış məktəbi də cənab Prezidentin təqdir etdiyi layihələrimizdəndir. Biz bu işləri mütəmadi davam etdirəcəyik. “Multikulturalizm ili”ndə yeni nailiyyətlər qazanmaq üçün ziyalılarımızın ideyaları, təkilfləri və dəstəyi bizim üçün çox önəmlidir”.

 

 

Qeyd edək ki, mərkəzin icraçı direktoru Azad Məmmədov və Aparat rəhbəri Aytən Qəhrəmanın da iştirak etdiyi görüşdə qonaqların təmsil olunduqları qurum və təşkilatların “Multikulturalizm ili”ndə BBMM-lə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib və təkliflər dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar