Bu gün Bakıda “Fərdi İnkişaf” sektorunun inkişafı ilə əlaqədar mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, Konfransda məşhur Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramov beynəlxalq nüfuza malik treninq təşkilatı - “Mind Training İnstitute” (MTİ) tərəfindən NLP treninqləri standartlarına görə dünyada ən yüksək ustadlıq dərəcəsi sayılan “NLP Master Trainer” elan olunub. Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk azərbaycanlı olub.
Mətbuat konfransından sonra jurnalistlər üçün Motivasiya Seminarı verilib.
Qeyd edək ki, MTİ Türkiyə təmsilçiliyinin rəhbəri Cemal Kondunun Bakıdakı səfəri davam edir və o, NLP Ustadı Babək Bayramovla birlikdə may ayının 2 - 3-də seminarlar keçirib. Səfərin məqsədlərindən biri də Azərbaycanda fərdi inkişaf sektorunun genişlənməsi üçün imkanları dəyərləndirmək və aidiyyatı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır.