Ölkə prezidentinin sərəncamına əsasən, Azərbaycan Dövlət Televiziya və Radio Verilişlərii (AzTV) Qapalı Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini Cavanşir Cahangirov və televiziya üzrə müavini Faiq Hüsüyev vəzifələrindən azad olunublar.
Bu barədə Lent.az-a AZTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib. Onun sözlərinə görə, prezidentin digər sərəncamı ilə Elsevər Dünyamalıyev cəmiyyət sədrinin radio məsələləri üzrə, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.
Qeyd edək ki, R. Nəsirov indiyədək AzTV-nin Xəbərlər proqramının direktoru, E. Dünyamalıyev isə baş direktoru idi.