Azərbaycanlı professor İsveçdə çıxış edib
19 sentyabr 2013 13:24 (UTC +04:00)

Azərbaycanlı professor İsveçdə çıxış edib

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” kafedrasının rəhbəri, texniki elmlər doktoru  Arif Məmmədzadə “Nobel Oil” şirkətinin təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində keçirilən “Nobel qardaşları II-beynəlxalq tədqiqat-innovasiya“ konfransında iştirak edib. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Paşayeva bildirib. Onun sözlərinə görə, konfransda professor Arif Məmmədzadə “Neft sənayesində maqnit sahələrinin tətbiqi” mövzusunda  çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Konfrans çərçivəsində Arif Məmmədzadə 2014-cü ilin may ayında  Qazaxıstanın Astana şəhərində keçiriləcək “İnnovasiyalar üzrə VII Avrasiya” konfransına  dəvət olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar