Azərbaycanın bölgələrində TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır
11 iyun 2013 16:38 (UTC +04:00)

Azərbaycanın bölgələrində TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə ölkənin bəzi bölgələrində radiomonitorinq işlərinə başlanılıb.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, işlər Şirvan şəhəri, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Sabirabad, Bərdə, Ağdam, İmişli, Beyləqan, Füzuli, Tərtər, Goranboy, Qəbələ, Göyçay, Kürdəmir, Ucar, Zərdab və Hacıqabul rayonları ərazisində  aparılır.

 

Bu məqsədlə həmin bölgələrə DRİ-nin mütəxəssisləri ezam olunublar. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır, elektromaqnit sahə gərginliyi ölçülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar