Azərbaycanın  yeni kəşfiyyat-döyüş maşını
19 sentyabr 2013 10:51 (UTC +04:00)

Azərbaycanın yeni kəşfiyyat-döyüş maşını

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yeni kəşfiyyat döyüş maşını yaradılıb.


 

APA-nın məlumatına görə, BRDM-2 tipli kəşfiyyat-gözətçi maşınının şassisi üzərində hazırlanmış maşın həm xarici dizaynı, həm silahlanması, həm də performansı ilə BRDM maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

 

«Azərbaycan 10 il» sərgisində ilk eksperimental nümunəsi nümayişə çıxarılacaq maşın mühərrik, hərəkət və digər testləri tamamlayıb. Yaxın vaxtlarda maşının atış sınaqları keçiriləcək.

 

Mütəxəssislərin sözlərinə görə, maşının üzərindəki bəzi texnologiyaların xaricdən alınmasına baxmayaraq, ümumilikdə dizayn və yaradılma baxımından 100 faiz milli layihədir.

 

Yeni maşın öz sinfindəki xarici analoqlarından minaya, yanlarda partlayışlara və güllələrə qarşı yüksək qoruması ilə fərqlənir. Maşının ikiqat zirehi B-32 tipli zirehdələn güllələri belə keçirmir. Maşın minaya, partlayışlara və güllələrə qarşı qorumaya sahibdir.

 

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarəolunan qüllə ilə silahlandırılıb. Bu qüllənin silahlanmasına 2 lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud (tüstü) qurğusu daxildir. Maşın həmçinin gecə və gündüz, hər cür hava şəraitində müşahidənin aparılması üçün görmə sistemlərinə malikdir. Maşının ön, arxa və yan və üst hissələrində görməni təmin edən kameralar yerləşdirilib, bu kameralardan qəbul edilən informasiyalar sürücü və komandirin gönündəki monitorlarda görünür.

 

Çəkisi 8152 kq təşkil edən kəşfiyyat-döyüş maşını 155 at gücünə malik (114 kVt) turbodizel mühərrikə, kombinə olunmuş hidropnevmatik transmissiyaya, beşpilləli, distansion ötürücü qutuya malikdir. Maşında 64 kubmetr/saniyə məhsuldarlığı olan, asılı olmayan fasiləsiz təminatlı kondisioner qurulub. Ümumi elektrik təminatı 7.8 kVt təşkil edən döyüş maşını 5 kVt gücə malik dizel generatoru ilə də təchiz olunub. Hamar yolda 110 km/saat, torpaq yolda 60-70 km/saat sürətlə hərəkət edə bilən maşının yanacaq tutumu 150 litr, bir çən yanacaqla birbaşa hərəkət uzaqlığı 800 km-dir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2041
avatar

Oxşar yazılar