Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat qaydaları dəyişir
09 sentyabr 2013 18:37 (UTC +04:00)

Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat qaydaları dəyişir

Nazirlər KabinetiGiriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik İAMAS vasitəsi ilə həyata keçirilən ölkədən getmə və ölkəyə gəlmə haqqında qeydiyyatları əhatə edir.

Bundan sonra yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı həmin yer üzrə polis bölməsində şəxsiyyət vəsiqəsinin verilməsi prosesində həyata keçiriləcək. Yaşayış yerini dəyişdirdikdə, vətəndaşın yeni yaşayış yerində qeydiyyata alınması üçün müvafiq polis bölməsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketində göstərilən məlumatları optik oxuyucu və (və ya) klaviatura vasitəsilə, vətəndaşın şəxsiyyət vəsiqəsindəki zəruri məlumatlar isə pasport oxuyan proqram-texniki vasitə ilə İAMAS-a daxil ediləcək. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda müvafiq polis bölməsində 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anketində göstərilən və Əhalisinin Dövlət Reyestrində mövcud olan məlumatlar müvafiq informasiya sisteminə müraciət əsasında avtomatlaşdırılmış rejimdə, digər məlumatlar isə optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-a daxil ediləcək. Eyni zamanda mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaşın olduğu yer üzrə qeydiyyatı üçün müvafiq polis bölməsində vətəndaşın ərizə-anketində göstərilən məlumatlar optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-a daxil olunacaq.

İAMAS-a qoşulmuş digər informasiya sistemlərindən vətəndaşlar barədə elektron formada alınan (sinxronlaşdırılan) və ya digər sənədlərdən daxil edilən məlumatlar sırasına 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün doğum haqqında şəhadətnamə barədə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində olan məlumatları da əlavə edilib.

Qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar