1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə 2017-ci ilin göstəricilərinə görə, ölkədə uşaq əhalisinin sayı 2 milyon 600 minə yaxındır. 2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib. Ölkədə fəaliyyətdə olan 4 min 111 tibb müəssisəsindən 2 min 369-u uşaq əhalisinə xidmət edir.