İmişlidə qeyri-adi quzu dünyaya gəlib. Lent. az-ın məlumatına görə, qeyri-adi quzi İmişli rayonu Qaraqaşlı kəndində, Asim Yusifovun təsərrüfatında doğulub. Quzunu qeyri-adi edən onun başında taca bənzər kəkilin olmasıdır. Adətən belə kəkil quşlarda olur. Amma bu dəfə quzu kəkilli doğulub və onda hər hansı çatışmazlıq və xəstəlik yoxdur.