Azərbaycanda körpələrə verilən adlar: Dursunəli, Bibixanım, Böyükkişi
08 iyul 2016 22:23 (UTC +04:00)

Azərbaycanda körpələrə verilən adlar: Dursunəli, Bibixanım, Böyükkişi

Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.

 

Lent.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.

 

Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar