Ali məktəblərə qəbul imtahanlarında helikopterlərdən istifadə ediləcək
12 iyul 2013 12:42 (UTC +04:00)

Ali məktəblərə qəbul imtahanlarında helikopterlərdən istifadə ediləcək


Azərbaycanda ilk dəfə olaraq, bu il ali məktəblərə qəbul imtahanların keçirilməsi üçün helikopterlərdən istifadə ediləcək. Lent.az-ın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, helikopterlər vasitəsilə imtahan materialları vaxtında yerlərə çatdırılması təmin ediləcək.

 

N.Babayev qeyd edib ki, bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11:00-da başlayacaq və buna görə də materiallar vaxtında çatdırılmalıdır: “Bu il ilk dəfə olaraq, imtahanlar respublikanın 11 şəhərində-Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göycay, Şirvan, Lənkəran, Mingəcevir, Qubada keçiriləcək. Uzaq yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçiriləcək”.

 

TQDK sədrinin müavini qeyd edib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınacaq. Onun sözlərinə görə, 18 yaşına kimi abituriyentlər bir, 18-20 yaşlı abituriyentlər bir, 20 yaşdan yuxarı abituriyentlər isə başqa bir otaqda yerləşdiriləcək.

# 2698

Oxşar yazılar