“Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur” – HƏKİM SƏBƏBİ AÇIQLADI
10 may 2024 19:06 (UTC +04:00)

“Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur” – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. 

Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, respublika əhalisinin böyük bir hissəsi Bakı, Abşeron və Xızıda yaşayır. 

Onun sözlərinə görə, bu ərazilərdə xəstəliklərin çoxalması təbiidir:

“Kənd əhalisi ilə müqayisədə şəhər əhalisində xüsusilə allergik xəstəliklərin rast gəlmə tezliyi daha yüksəkdir. Alimlərin fərziyyələrinə görə, kənddə yaşayan insanlar allergenlərlə daha çox təmasda olduğu üçün onlarda allergik xəstəliklərin yaranması da çox az müşahidə olunur. Yəni insan nə qədər steril şəraitdə yaşayırsa, antigenlər, bakteriyalar və viruslarla nə qədər az təmasda olursa, onun xəstələnmə ehtimalı da bir o qədər yüksək olur. Həmçinin qidalanma da təsir göstərir. Şəhərdə yaşayan insanlar yarımfabrikatlar, “fast food” kimi qidalara daha çox üstünlük verir. Kənd əhalisi isə daha çox orqanik və təbii məhsullarla qidalanır. Bu da xəstəliklərə öz təsirini göstərir. Bundan əlavə həmçinin iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyinin rast gəlmə tezliyi daha yüksəkdir. Bakı, Abşeron və Xızı kimi əhalinin sıx olduğu yerlərdə infeksion xəstəliklər daha çox yayılır. Bu göstəricilər təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur”.

# 2697
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14