Azərbaycanda havanın temperaturu 30 dərəcəyə çatacaq
22 may 2016 11:36 (UTC +04:00)

Azərbaycanda havanın temperaturu 30 dərəcəyə çatacaq

0

Sabah  Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə  12-17, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunundan 756 civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında havanın  əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı  gözlənilir.  Şərq küləyi-əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20  dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar