Azərbaycanda hansı körpülər söküləcək? – <span style="color:red;">RƏSMİ
20 fevral 2014 15:17 (UTC +04:00)

Azərbaycanda hansı körpülər söküləcək? – RƏSMİ

"Ölkədəki bütün körpülərin isitismara yararlılığı araşdırılaraq siyahıya alınmasına başlanılıb".

 

Bunu APA TV-yə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, istismar yararlılığı standartlara cavab verməyən körpülərin bir qismi təmirə bağlanılacaq: "Regionların sosial inkişafı ilə bağlı planda yeni körpülərin salınması nəzərdə tutulur. Bunun üçün aşınmış, istismara yararsız körpüləri yeniləməyi nəzərdə tuturuq. Araşdırma nəticəsində məlum oldu ki, sovet dövründən qalan körpülərin hamısı artıq istismar müddətini başa vurub. Son 10 ildə 200 körpü həm yenidən tikilərək, həm də bərpa olunaraq istismara verilib".

 

Namiq Həsənov deyir ki, körpülərin sıradan çıxmasına səbəb istismar müddətini başa vurması, həmçinin ağırtonnajlı avtomobillərin həmin körpülərdən istifadə etməsidir. Onun sözlərinə görə, nəzərə alsaq ki, ölkənin əsas magistral yolunun üzərindən Böyük İpək yolu keçəcək, o zaman bu istiqamətdə bütün körpülərin yenidən bərpa olunması vacibdir: "Bu il Cənub istiqamətində magistral yolun üzərində yerləşən iki körpünün tam yenidən qurulması planlaşdırılır. Eyni zamanda bir sıra ərazilərdən bir neçə kəndi birləşdirən körpünün yararsız olması barədə şikayətlər daxil olub".

  

Nazirlik sözçüsü deyir ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Olimpiya oyunlarına kimi magistral körpülər tam bərpa ediləcək.

# 1963
avatar

Oxşar yazılar