Azərbaycanda dərmanlara vahid qiymət qoyuldu
03 iyun 2015 20:46 (UTC +04:00)

Azərbaycanda dərmanlara vahid qiymət qoyuldu

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bundan əvvəl Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf və Sənaye Nazirliyi Azərbaycanda dərman preparatlarının vahid qiymət tarifi ilə satışına dair təkliflər işləyərək onu Nazirlər Kabinetinə təqdim etmişdi. Təkliflər işlənib hazırlanarkən dünya təcrübəsinə istinad olunmuşdu.

 

Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar