Azərbaycanda azadlıqdan məhrum etmənin ən yuxarı həddi 25 il olacaq
19 may 2014 14:25 (UTC +04:00)

Azərbaycanda azadlıqdan məhrum etmənin ən yuxarı həddi 25 il olacaq

 


Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulan sanksiyaların artırılması ilə bağlı əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, ümumilikdə 18 maddəyə əlavə və dəyişiklik təklif olunur.


Məcəllənin 149.3-cü maddəsinə ediləcək əlavə və dəyişikliyə əsasən, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq. Hazırda bu rəqəm 8 ildir.


Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il olaraq təyin ediləcək. Hazırda bu rəqəmlər müvafiq olaraq 15 və 20 ildir. Bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəyə müvafiq əlavə təklif olunur.

 

Başqa bir sıra maddələrə də müxtəlif dəyişikliklər təklif edilir.
 

Əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935
avatar

Mübariz Aslanov

Oxşar yazılar