Azərbaycanda “quş qripi”nin monitorinqi başlayır
29 aprel 2013 11:07 (UTC +04:00)

Azərbaycanda “quş qripi”nin monitorinqi başlayır

Bu gündən Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən “quş qripi”nə qarşı növbəti monitorinqə başlanıb.


 

APA-nın xəbərinə görə, DBX-nin rəisi Sialə Rüstəmova jurnalistlərə açıqlamasında deyib ki, bu, 2013-cü il ərzində həyata keçirilən sayca üçüncü monitorinqdir.

 

Onun sözlərinə görə, indiyədək keçirilən 2 monitorinq zamanı müxtəlif növ ev və çöl quşlarının patoloji materialları, qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib: “Bu günə kimi ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Bu gündən başlayan monitorinqlər əsasən çöl quşlarının məskunlaşdığı və ya miqrasiya etdikləri ərazilərdə aparılır. Növbəti monitorinqin nəticələri mayın 8-nə kimi elan ediləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Oxşar yazılar