Azərbaycanda 14103 nəfər dövlət qulluqçusu pensiya alır
23 iyun 2015 11:21 (UTC +04:00)

Azərbaycanda 14103 nəfər dövlət qulluqçusu pensiya alır

0

 

Ölkədə dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri də Dövlət Sosial Müdafiə Fondudur və onların arasında gənclər üstünlük təşkil edir. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. Təkcə cari ilin may ayı ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 68 gənc aidiyyatı vəzifələrə təyin olunub.

 

 

Fond gənc dövlət qulluqçularına dövlət idarəçilik təcrübəsinin öyrədilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması sahəsində ardıcıl işlər həyata keçirir.
 

 

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

 


1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir. Onlardan 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği  486,1 manatdır.
 

 

Onu da bildirək ki, 2015-ci il aprel ayının 1-nə olan məlumata görə,  Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar