AMEA Rəyasət Heyətinin bugünkü iclasında Fəlsəfə və Hüquq İnstitutunun ayrılması, Fəlsəfə İnstitutu və Hüquq İnstitutunun yaradılması haqda qərar qəbul edilib.
APA-nın xəbərinə görə, AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu məsələ AMEA ümumi iclasına çıxarılacaq. Qeyd olunub ki, Fəlsəfə və Hüquq İnstitutunun hüquq şöbəsi İnsan Hüquqları İnstitutuna verilməklə Hüquq İnstitutu yaradılacaq.