Azərbaycan nümayəndə heyəti l Xəzər media forumuna qatılıb
17 sentyabr 2015 17:29 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti l Xəzər media forumuna qatılıb

0

Xəbər verdiyimiz kimi, sentyabrın 17-18-də Həştərxanda I Xəzər media forumu keçiriləcək.

 

Forumda beş xəzəryanı ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran iştirak edəcək. Azərbaycan nümayəndə heyəti forumda 12 nəfərlə təmsil olunur. Heyətin tərkibinə KİV nümayəndələri, AR Prezident Aparatının əməkdaşları, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye Nazirliklərinin və Bakı şəhər Nərimanov rayonunun nümayəndələri daxildir.

 

Lent.az aznews.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti səfərin ilk günündə şəhərlə tanış olublar; Həştərxan Kremli, diyarşünaslıq muzeyinə ziyarət ediblər, həmçinin gəmi ilə Volqada gəziblər.

 

Azərbaycan nümayəndə heyətinin Həştərxanda keçən ilk günündə ən vacib məqam birgə layihələrin həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsinə həsr olunan dəyirmi masa olub. Tədbir Həştərxan şəhər adminstrasiyasının binasında nümayəndə heyətimizin, adminstrasiya nümayəndələrinin, Azərbaycan icmasının yerli liderləri və bizim bu şəhərdə təhsil alan və işləyən gənc soydaşlarımızın iştirakı ilə baş tutub.

 

Tədbiri açan Həştərxan şəhər adminstrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Andrey Nikolski I Xəzər forumunun və forum çərçivəsində bu tədbirin vacibliyini qeyd edib. O, şəhər və vilayət rəhbərləri, eləcə də azərbaycanlıların yerli orqanları – Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsi, “Azərbaycan” milli-mədəni cəmiyyətinin regional təşkilatı və Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (AMOR) arasında səmimi münasibətdən bəhs edib.

 

“Biz bir çox tədbirləri bu təşkilatlarla birgə həyata keçiririk, xalqlarımızın və dövlətlərimizin rifahı naminə xidmət edən möhkəm əlaqələrdən və səmərəli əməkdaşlıqdan çox razıyıq”, -deyə A. Nikolski bildirib.

 

Daha sonra çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədr müavin , Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov Həştərxan torpağında qonaqları və həmvətənlərini salamlayıb: “Bu sahədə tək çalışmadığıma görə hər üç təşkilatın – ÜAK, “Azərbaycan” və AMOR adından danışmaq istəyirəm. Biz bütün tədbirləri birgə hazırlayırıq. Məlum olduğu kimi, Həştərxan vilayəti və Azərbaycan Respublikasını sıx dostluq əlaqələri birləşdirir. Mən həmişə deyirəm ki, Rusiya-Azərbaycan dostluğu Həştərxandan başlayır”.

 

Daha sonra “Azərbaycan” milli-mədəni cəmiyyətinin Həştərxan regional təşkilatının sədri Vahid Rəhimov çıxış edib.

 

O qeyd edib ki, Həştərxan vilayətində ən fəal ictimai qurumlar məhz üç Azərbaycan ictimai təşkilatlarıdır. Bu, yerli hakimiyyət orqanları və sakinlər tərəfindən də etiraf edilir.

 

 

Onun ardınca çıxış edən AR Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin böyük məsləhətçisi Nəsimi Məmmədov Azərbaycan nümayəndə heyətini səmimi qarşıladığına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar