"Azərbaycan məhsullarının Rusiyaya ixracında problem yoxdur" – <span style="color:red;">Açıqlama
24 iyun 2016 14:16 (UTC +04:00)

"Azərbaycan məhsullarının Rusiyaya ixracında problem yoxdur" – Açıqlama

0

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq  meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə yayılmış məlumatlara münasibət bildirib.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyun ayının ilk ongünlüyündə  Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.  Belə ki, son 3 gündə - iyunun 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52  vaqon və 161yük avtomobili  maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb.

Göründüyü kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının  Rusiyaya ixracında heç bir problem müşahidə olunmur. 

 

Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda  kənd təsərrüfatı məhsullarının ixracına  Rusiyanın müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən  müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq  ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir.   Ancaq  beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları  sahəsində həyata keçirilən  idxa -ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və  təbii qarşılana bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar