Dövlət İmtahan Mərkəzi “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər.
Lakin 11 iyunda keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.