İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) sədri, bu il iyunun 7-də Türkiyə parlamentinə keçiriləcək seçkilərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan olan namizədi Səfər Qaraqoyunlu "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" jurnalının təsis etdiyi "Qızıl ürək" nişanı ilə təltif edilib.
Lent.az-ın məlumatına görə, S. Qaraqoyunlu Türk Dünyası qarşısındakı xidmətləri, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfələr, Azərbaycan həqiqətləri - 20 yanvar, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti nəzərə alınaraq, “Dədə Qorqud" Milli Fondu və “Azərbaycan Dünyası” tərəfindən bu mükafata layiq görülüb.
Ordeni S. Qaraqoyunluya "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov təqdim edib.
S.Qaraqoyunlu onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib.