Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
APA-nın məlumatına görə, Ağsaqqallar Şurasının sədriFəttah Heydərov başda olmaqla şura üzvlər Heydər Əliyevin məzarına əklil qoyub, ruhuna dualar oxuyublar.
Akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirəsi yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
F. Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Ulu Öndərin məzarı önünə toplaşaraq onu anır, ona böyük hörmət və ehtiramlarını ifadə edirlər: "O, müstəqil Azərbaycanın banisi, onun xilaskarıdır. Heydər Əliyev Azərbaycanımız üçün çox böyük işlər görüb. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq”.