Azay Quliyev Malena Mardla görüşüb
02 fevral 2016 18:25 (UTC +04:00)

Azay Quliyev Malena Mardla görüşüb

0

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Malena Mardla görüş keçirilib. Lent.az-ın məlumatına görə, Avropa İttifaqı ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir Aİ-nın ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib. Malena Mard Aİ-nın müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib. Səfir eyni zamanda şuranın dəstəyi ilə 2016-cı ildə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M. Mard regionlardakı QHT-lərin instusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

 

Şura sədri Azay Quliyev 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Aİ ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

 

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar