Ayan Babakişiyeva: “Bədənin hansısa hissəsini açmaq olar, amma qədərində”
03 fevral 2016 18:20 (UTC +04:00)

Ayan Babakişiyeva: “Bədənin hansısa hissəsini açmaq olar, amma qədərində”

0

“Vəziyyət çox pisdir. Hamı bilir ki, mən toy müğənnisi deyiləm. Həmçinin, şou-proqramlarda da olan müğənni deyiləm. Heç zaman şou-proqramlarda iştirak etməmişəm, heç zaman da getmərəm. Toylara gedirəm, amma son zamanlar heç toy da yoxdur”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Ayan Babakişiyeva deyib.

 

Müğənni bildirib ki, son zamanlar toyların azalması ilə əlaqədar durğunluq yaşanır: “Toylardan hər kəs qazanır. Bu yaxınlarda Sərxan Kərəmoğlunun səhifəsinə baxdım, əvvəlcə güldüm, amma sonra başa düşdüm ki, reallıqla razılaşmaq lazımdır. Qınamadım. Düşündüm ki, ən azı ailə başçısıdır. İnsan ailəsini necəsə dolandırmalıdır. Onun da gəlir mənbəyi aparıcılıqdır. Başqa haradan pul qazana bilər ki?”.

 

Xanım sənətçi deyib ki, məşhur insanların həyatını müzakirə etmək düzgün deyil. Əgər bu hal baş versə belə, reaksiya vermək lazım deyil: “Mənim artıq övladım var. Əvvəllər də addımlarıma diqqət edirdim, amma qızım olandan sonra daha da diqqətli olmağa məcbur oldum. Həm də mən heç vaxt hisslərimlə yaşayan insan olmamışam. Bu gün mənim şəxsi həyatım qızım, anam və problemlərimdi. Heç sənət də mənim üçün o qədər önəmli deyil. Kənara çəkilməyimə baxmayaraq, əvvəlkindən daha çox maraq var. Efirdə tez-tez görünmək o qədər də önəmli deyilmiş. Vəzifəsindən asılı olmayaraq, hər bir qadın ona dayaq olacaq tərəf-müqabilinin olmasını istəyər, amma yoxdursa, demək qismət belədir. Kənardan hər kəs fikrini bildirə bilər. Sadəcə, belə boş işlərə baş qoşmaq istəmirəm. Şərh etmək olar, amma mühakimə və müzakirə etmək doğru deyil. Mənə yazılan şərhlərin hamısını görürəm, amma reaksiya vermirəm”.  

 

Müğənni qeyd edib ki, müğənninin səhnə fəaliyyəti ilə həyatını müqayisə etmək düzgün deyil: “Müğənni tamaşaçılar üçün maraqlı olmağa çalışır. Səhnə insanıdır, fərqli olmaq istəyir, şablondan qaçır. Cəlbedici olmaq istəyir. Onun həyatda necə biri olduğunu bilmək olmaz”.

 

Qonaq, yeni fotossesiyası barədə də məlumat verib: “Bu yaxınlarda fotosessiya etdirdim, yenə də qınadılar. Yıxdılar, sürüdülər. Çox kreativ bir iş alındı. Gənc xanımam, bədənim icazə verir, artıq heç nə yoxdur. İdeya florist-dizayner Yusif Xəlilova məxsus idi. Fotoqraf Ruslan Nəbiyev, stilist Pərviz Mirzəyev idi. Çox yaxşı komanda alındı. Hətta bu fotosessiya üçün Avropadan güllər gətirilmişdi. Bədənin hansısa hissəsini açmaq olar amma qədərində. Mənə elə gəlir ki, bu bir əsər idi. Hansısa müğənni klip çəksəydi, bu qədər effekt verməzdi. Həmişə demişəm ki, fotosessiyalarımla ajiotaj yarada bilirəm. Xarici ulduzlar səhnəyə çimərlik geyimində çıxanda hamı baxır. Bu normaldır”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar