Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.