Nəqliyyat Nazirliyinin sözçüsü: “Avtobuslarda istifadə üçün buraxılacaq kartlarla alış-veriş etmək də mümkün olacaq”
“Avtobuslarda kart sisteminə keçmək üçün ilkin mərhələdə ən azı 500 minə yaxın kart lazımdır”.
Lent.az-ın “movqe.az”-a istinadən verdiyi məlumata görə, bunu Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib.
Namiq Həsənov bildirib ki, kartların satışı üçün şəhərin bütün nöqtələrində məntəqələr olacaq: “Bu kartlar metro kartlarından fərqli olaraq bank məhsulu olacaq. Karta sahib olan sərnişin, ondan təkcə ictimai nəqliyyatda deyil, alış-verişdə də istifadə edə biləcək”.
Namiq Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşma sisteminin gediş haqqına təsir etməyəcəyini də nəzərə çatdırıb.