Avropa Oyunları vaxtı Bakıda xüsusi elektrik qatarları işləyəcək
10 may 2015 11:31 (UTC +04:00)

Avropa Oyunları vaxtı Bakıda xüsusi elektrik qatarları işləyəcək

0

İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

 

APA-Economic”ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.

 

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar