Avropa İttifaqı (Aİ) makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon ayırıb. APA-nın xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir. Məlumatda qeyd olunub ki, bu, 2015-ci il üçün Aİ tərəfindən göstərilən yardımın ilk tranşdır. Bu il üçün ümumi yardım məbləği isə 1,8 milyard avro təşkil edir. Yardım ölkədə iqtisadiyyatın stabilləşdirilməsi, maliyyə sisteminin şəffaflaşdırması və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair lazımi islahatların keçirilməsi üçün ayrılır.
Ukrayna həmçinin Beynəlxalq Valyuta Fondundan (BVF) da maliyyə dəstəyi alır.