Avqustun ilk günü hava necə olacaq? - PROQNOZ
31 iyul 2014 13:22 (UTC +04:00)

Avqustun ilk günü hava necə olacaq? - PROQNOZ

 

Avqustun 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537

Oxşar yazılar