Yeni televiziya və radio ilin sonuna kimi yayıma başlayacaq
21 sentyabr 2015 12:11 (UTC +04:00)

Yeni televiziya və radio ilin sonuna kimi yayıma başlayacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilin sonuna kimi ümumrespublika radio yayımına başlayacaq.

Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, "ASAN xidmət"ə 100 MHs tezliyində ümumrespublika radio yayımı, “CBC Sport” MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Ancaq yayıma başlamaq üçün ilk 6 ay ərzində  Dövlət Agentliyi, eləcə də televiziya kanalı texniki imkanlarını formalaşdırmalı, kadr potensialını toplamalıdır: "Yəqin ki, ilin sonuna kimi yeni televiziya və radio yayıma başlayacaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar