6 yaşı tamam olmayan uşaqların məktəb seçiminə start verildi
06 iyul 2018 16:16 (UTC +04:00)

6 yaşı tamam olmayan uşaqların məktəb seçiminə start verildi

 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub”.

İdarədən Lent.az-a verilən məlumata görə, həmin uşaqların valideynləri artıq mektebeqebul. edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.

Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

“Təhsil haqqında” qanunda edilən dəyişikliyə əsasən 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Yasəmən Bağırova

Oxşar yazılar