Yeddi nəfərin zəhərlənməsi ilə bağlı <span style="color:red;">ARAŞDIRMA BAŞLADI
19 sentyabr 2019 14:51 (UTC +04:00)

Yeddi nəfərin zəhərlənməsi ilə bağlı ARAŞDIRMA BAŞLADI

İsmayıllıda 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb. Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 28 yaşlı Aytac Rəcəbova, 45 yaşlı Natavan Nəcəfova, 48 yaşlı Yeganə Məmmədova, 42 yaşlı Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 32 yaşlı Amil Quliyev, onun həmyaşıdı Əlibaba Quliyev, Ucar rayon sakini, 53 yaşlı Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.
# 633
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar