Küləkli hava nə vaxtadək  davam edəcək?
11 aprel 2024 10:12 (UTC +04:00)

Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycanda küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.  Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib. 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

# 2619
avatar

Oxşar yazılar