Ərəblərdən "Qalatasaray"ın futbolçusuna böyük TƏKLİF
30 aprel 2024 10:30 (UTC +04:00)

Ərəblərdən "Qalatasaray"ın futbolçusuna böyük TƏKLİF

Səudiyyə Ərəbistanı klubu “Qalatasaray”ın mövsümün əvvəlində “Çelsi”dən icarə əsasında heyətinə qatdığı Hakim Ziyeçi almaq istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Şəbab” 31 yaşlı mərakeşli cinah oyunçusuna böyük təklif edib.

“Əl-Şəbab”ın Hakim Ziyeçə 2,5 il ərzində 37,5 milyon avro xalis maaş təklif etdiyi bildirilir.

Məlumata görə, “Əl-Şəbab” yay transfer dövründə Hakim Ziyeçi heyətinə qatmaq və hətta onu tibbi müayinədən keçirmək istəyib. Lakin ulduz futbolçu sağlamlıq testlərindən keçə bilməyəndən sonra transfer ləğv edilib və o, “Qalatasaray”a gəlib.

Bu mövsüm zədə səbəbindən cəmi 20 rəsmi oyuna çıxan Hakim Ziyeç bu matçlarda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

# 1920
avatar

Oxşar yazılar