"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Ayaks"a rəhbərlik edə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Amsterdam klubunun yeni texniki direktoru Aleks Krusun qısa siyahısına başçılıq edir. Qeyd edilir ki, “Ayaks” rəhbərliyi aprelin sonuna qədər ten Haqın cavabını gözləməyə hazırdır.
Ten Haq artıq 2017-2022-ci illərdə “Ayaks”a rəhbərlik edib, 6 yerli çempionluq qazanıb və 2018/19 mövsümündə Amsterdam komandası ilə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Hazırkı Erediviziyanın 31-ci turundan sonra "Ayaks" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandaya hazırda müvəqqəti olaraq Con Van 't Ship rəhbərlik edir.