Məğlub olduqları klubun oyunçularını döydülər
30 aprel 2024 13:17 (UTC +04:00)

Məğlub olduqları klubun oyunçularını döydülər

Rusiyanın Moskva şəhərində həvəskar futbol liqası klublarının oyunu dava və xəsarətlərlə başa çatıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, Varşavskoye Şossedə keçirilən görüş “Cənub-Qərb İnzibati Dairəsi”nin “Xosa” üzərində 12:0 hesablı qələbəsi ilə başa çatıb. Məğlublar isə “sərt və kobud oynayıblar”.

Bildirilir ki, oyundan sonra komanda ilə şəkil çəkdirərkən “Xosa” klubunun yarımmüdafiəçisi Surac Səfərbəyov “Cənub-Qərb İnzibati Dairəsi”nin futbolçusu Aleksey Spasenovun sifətinə zərbələr endirib. Oyun zamanı Səfərbəyov hakimin qərarına qəzəblənib və Spasenov onu “qışqırmağa yox, gözəl futbol göstərməyə” çağırıb. Buna görə də Səfərbəyov bunun əvəzin çıxmaq istəyib. Spasenovdan sonra o, komanda yoldaşı Nikita Zaxarovanı vurub.

Daha sonra “Xosa” azarkeşləri meydançaya qaçaraq “Cənub-Qərb İnzibati Dairəsi”nin oyunçularını döyməyə qoşulublar.

”Cənub-Qərb İnzibati Dairəsi”nin bəzi futbolçuları əzilmiş və kəsiklərlə həkimlərə müraciət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4119
avatar

Oxşar yazılar