Alimlər maraqlı bir məqama diqqət yetirilib. Xüsusən nədənsə yalnız heyvanlarda baş verən cütləşmə mövsümü insanlarda niyə olmur? Bir insan üçün cinsi münasibətdə olmaq ilin ən aktual bir vaxtı yoxdur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, antropoloq alimlər insanların ilin istənilən vaxtından və hava şəraitindən asılı olmayaraq çoxala bildiyini aşkar ediblər.
Heyvanlarda
Hər şey göründüyündən daha sadədir, çünki heyvanların balalarını qidalandırmaq və yırtıcılardan qorumaq üçün şərait lazımdır. Ən azı, hava və iqlim şəraitindən asılı olaraq qida və suya çıxış olmalıdır.
İnsanlarda
Elmi nöqteyi-nəzərdən insanlar “davamlı seçmənin bioloji qrupunun” nümayəndələridir. Sadə dillə desək, insan istədiyi zaman çoxalır. İnsanlar üçün nəsil və sosial əlaqələr böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, cinsi əlaqə yalnız uşaq dünyaya gətirmək üçün deyil, həm də sosial əlaqələri qurmaq üçün bir yol kimi qəbul edilir. Buna görə də insanlar üçün çoxalma mövsümünün əhəmiyyəti yoxdur.
NƏTİCƏ:
Amma bununla yanaşı, elm adamları cəmiyyətdə təhsilli evli qadınların doğumun yazda baş verməsi üçün hamiləliyi planlaşdırmağa meylli olduğunu müşahidə ediblər.
Yaşı 19-dan aşağı olan və 35-dən yuxarı olan, subay və təhsili olmayan qadınlar isə şəraitdən asılı olmayaraq uşaq dünyaya gətirirlər.