Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 28-nə keçən gecə Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində ət məhsulu oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.