Aprelin 29-da “Lester” Çempionşipin 45-ci turunda “Preston Nort End”ə 3:0 hesabı ilə qalib gəlib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, finişə bir tur qalmış 97 xal toplayan "Lester" Çempionşipdə birinciliyi təmin edib.
Keçən həftə sonu “Lester” aşağı liqaya düşdükdən bir il sonra Premyer Liqaya qayıtmağı təmin edib.
"Tülkülər" 8-ci dəfə Çempionşipi qazanıblar ki, bu da onların ən yaxşı rekordudur.
İkinci yeri “Mançester Siti” tutur – 7. Bu göstəricidə üçüncü yeri “Norviç”, “Sanderlend”, “Şeffild Uensdey” paylaşır – hərəyə 5 dəfə.