Aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 10-15, Bakıda gecə 5-7 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-19 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meterohəssas insanlar üçün əlverişlidir.