Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da 33 şəhər və rayonda 49224 abituriyent üçün keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri və cavab kartlarının qrafik təsvirləri Komissiyanın rəsmi saytında yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.