APA TV-yə qarşı təxribat baş verib
09 aprel 2016 16:21 (UTC +04:00)

APA TV-yə qarşı təxribat baş verib

Sosial şəbəkələrdəAXCP üzvləri tərəfindən APA TV-yə qarşı təxribat baş verib.

 

APA-nın məlumatına görə, bu gün günün birini yarısında bir qrup gəncAXCP sədri Əli Kərimlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə etiraz olaraq onun evinin qarşısında aksiya keçirib.  APA TV-nin bu aksiyadan hazırladığı videomaterial AXCP üzvləri tərəfindən təhrif olunaraq saxta variantı hazırlanıb və sosial şəbəkələrdə yayımına başlanıb.

 

APA Holding” quruma daxil olan APA TV-yə qarşı AXCP üzvləri tərəfindən törədilən bu təxribatı qətiyyətlə pisləyir, eyni zamanda mediaya qarşı bu davranışın bütün siyasi və etik normaları aşdığını bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar