Amnistiya aktı qəbul edildi
07 may 2013 13:51 (UTC +04:00)

Amnistiya aktı qəbul edildi

Milli Məclisdə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi məsələsinə baxılır.

Lent.az-ın verdiyi məlumata görə, qərar layihəsini Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təqdim edib.

Mehriban Əliyeva deyib ki, Heydər Əliyev gördüyü böyük işlərdə daim yaşayacaq: “Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və böyük iradəyə malik insan idi. Eyni zamanda onun ailə üzvləri olaraq demək istərdim ki, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə də çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, bağışlamaq qabiliyyəti idi və bir daha böyüklüyünü təsdiqlədi”.

Mehriban Əliyeva bildirdi ki, bu gün müzakirə olunan amnistiya aktı əslində bağışlama aktıdır: “Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür”.
Onun sözlərinə görə, amnistiya aktı 9 min nəfərə şamil olunacaq, 2 min şəxsin isə azadlığa çıxması gözlənilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. Layihə səsverməyə çıxarılıb və qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2147
avatar

Oxşar yazılar