Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya keçirilən qəbul imtahanları başa çatıb. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, imtahanlar yanvarın 8-dən 29-dək davam edib. 3 mərhələdə keçirilən imtahanlarda namizədlərin xarici dil, fəlsəfə və ixtisas fənlərindən bilikləri yoxlanılıb.
Hazırda ayrı-ayrı institutlardan bölmələr üzrə məlumatlar müvafiq şöbəyə təqdim olunur, müvafiq araşdırma aparılır. AMEA sistemi üzrə doktoranturaya və dissertanturaya keçirilən qəbul imtahanları ilə bağlı yekun nəticələrin gələn həftənin sonlarında açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, ümumilikdə bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib. AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlaya bilər.