AMEA-nın strukturu dəyişdirildi
10 avqust 2016 17:10 (UTC +04:00)

AMEA-nın strukturu dəyişdirildi

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən AMEA-da Humanitar və İctimai elmlər bölməsinin ayrılması rəsmiləşib.

 

N. Gəncəvi adına Ədəbiyyat İnstitutu,  Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu,  M.Füzuli adına Əlyazmalar İnstitutu Humanitar elmlər bölməsinə, A.Bakıxanov adına Tarix İnstitutu,  Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, İqtisadiyyat İnstitutu, Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi İctimai elmlər bölməsinə daxil edilib.

 

 

Qeyd edək ki, hazırda AMEA-nın strukturunda Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Humanitar bölmədə yer alıb. Başqa sözlə, AMEA Rəyasət Heyəti AMEA-da Humanitar və İctimai elmlər bölməsinin ayrılması ilə əlaqədar  N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini Humanitar elmlər bölməsinə daxil etsə də, Nazirlər Kabineti fərqli qərar verib. Bu Muzey İctimai elmlər bölməsinə daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

APA Baycan

Oxşar yazılar